Çexiya tərəfi Safronovun həbsinə susur

  08 İyul 2020    Oxunub : 2256
 Çexiya tərəfi Safronovun həbsinə susur
Çexiya Baş nazirinin birinci müavini, ölkənin Daxili İşlər naziri Yan Qamaçek “Roskosmos” korporasiyası baş katibinin müşaviri İvan Safronovun bu ölkənin xüsusi xidmət orqanlarına məlumat ötürməsi ilə bağlı xəbərləri şərh etməyib.
Azvision.az xəbər verir ki, nazir yerli “Denik N” nəşrinə “hər hansı şərh yoxdur”, - deyə cavab verib.

Xatırladaq ki, məhkəmə Safronovu dövlətə xəyanət ittihamı ilə 2 aylıq həbs edib. O, Rusiyanın hərbi-texniki əməkdaşlığı və müdafiə sənayesi barədə NATO xüsusi xidmət orqanlarından birinə məxfi məlumat ötürməkdə şübhəli bilinir.

Vəkilinin sözlərinə görə, Safronov, həmçinin Çexiya xüsusi xidmət orqanlarına da işləməkdə şübhəli hesab olunur. Başqa bir şübhə ABŞ-la bağlıdır. Vəkil hesab edir ki, Safronov nəzarətdə olub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Çexiya