Polisə tabe olmayan qadının videosu araşdırıldı

Polisə tabe olmayan qadının videosu araşdırıldı
  06 İyul 2020    Oxunub:3551
Sosial şəbəkələrdə polis əməkdaşlarına bir qadının tabesizlik göstərməsi əks olunan görünütülər araşdırılıb.
Bu barədə Azvision.az -a Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib

Bildirilib ki, fakt 1 ay əvvəl -iyunun 7-də şənbə-bazar günlərində sərtləşdirilmiş karantin günündə Xətai rayonunda qanunsuz fəaliyyət göstərən mağazanın icarədarı bölməyə dəvət olunarkən baş verib.

Buna baxmayaraq, B.M-nın bölməyə aparılaraq epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunub.

Azvision.az



Teqlər: Polis   Qadın  





Xəbər lenti