Gizli işləyən restoranın sahibi həbs olundu

Gizli işləyən restoranın sahibi həbs olundu
  06 İyul 2020    Oxunub:2481
Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının iyulun 4-də şəhər ərazisində keçirdikləri tədbirlər nəticəsində şəhər sakini E.Hüseynovun karantin rejimini pozaraq restoran işlətdiyi müəyyən edilib.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, E.Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək 25 gün inzibati həbs edilib.

Azvision.az



Teqlər: DİN   Karantin   Cərimə  





Xəbər lenti