FHN yanğın yerindən görüntülər yaydı - FOTOLAR

  04 İyul 2020    Oxunub : 6835
  FHN yanğın yerindən görüntülər yaydı -  FOTOLAR
Xəbər verildiyi kimi, 4 iyul 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində yanğın baş verməsi barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal əraziyə nazirliyin müvafiq qüvvələri cəlb olunub.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Nazirliyin digər aidiyyəti rəhbər şəxsləri hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

















Azvision.az

Teqlər: FHN   Yanğın