Axtarışda olan təhlükəli terrorçu zərərsizləşdirildi

  04 İyul 2020    Oxunub : 4711
Axtarışda olan təhlükəli terrorçu zərərsizləşdirildi
Türkiyənin şərqində keçirilən "Tünceli" əməliyyatı nəticəsində Fərhad Atəş adlı təhlükəli terrorçu zərərsizləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kod adı Sefkan Mardin olan terrorçu nazirliyin axtarış siyahısında olub. Onun tapılması üçün 500 min lirə pul mükafatı ayrılmışdı.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Türkiyə   terror