Hulisi Akar ordu generalı ilə Liviyaya gedib

  03 İyul 2020    Oxunub : 2728
Hulisi Akar ordu generalı ilə Liviyaya gedib
Türkiyənin Müdafiə naziri Hulisi Akar və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər Liviyaya elan olunmamış səfər ediblər.
Azvision.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, onlar əvvəllər bağlanmış memorandumlarla əlaqəli fəaliyyətlə tanış olmaq üçün Liviyaya gediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müdafiə nazirinin Tripolini ziyarət etdiyini təsdiqləyib.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayında Ərdoğan və Liviyanın Baş naziri Fayez Sarrac hərbi sahədə əməkdaşlıq və qarşılıqlı anlaşma memorandumlarını imzalayıblar.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Liviya   Türkiyə