“Aldığım məvaciblə ailəmi saxlamışam” - Nazirlik rəsmisi

“Aldığım məvaciblə ailəmi saxlamışam” -    Nazirlik rəsmisi
  01 İyul 2020    Oxunub:3375
Xaricdə təhsil alan tələbələr üçün nəzərdə tutulan təqaüd fərdə verilir. Onun ailəsi, uşaqları üçün belə ödəniş yoxdur.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Nicat Məmmədli deyib.

Onun sözlərinə görə, dünyanın heç bir yerində belə təcrübə yoxdur.

“Təqaüdün verilməsində məqsəd fərdin yaşayışının maksimum səviyyədə təmin olunmasıdır. Bu gün üçün belə şərtlər mümkün deyil. Bunun başqa alternativ yolları da var. Mən xaricdə təhsil alan zaman universitetdə işləmişəm və aldığım məvaciblə ailəmi saxlamışam”.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti