Təhsil xərclərinə yenidən baxılacaq

  Təhsil xərclərinə yenidən baxılacaq
  01 İyul 2020    Oxunub:3879
Əgər tələbələrin dərsləri universitetlər tərəfindən onlayn keçiriləcəksə, o zaman xərclərin ödənilməsi məsələsinə yenidən baxılacaq.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Nicat Məmmədli deyib.

Onun sözlərinə görə, doktorantura təhsilinin maliyyələşməsi iki istiqamətdə baş verir.

“Birincisi, universitetlərə qəbul olan tələbənin təhsil haqqının, ikincisi isə tələbənin yaşayış üçün xərclərinin ödənilməsidir. Bu zaman məsələyə şəhərin yaşayış standartına uyğun baxılacaq. Əgər tələbə oxuyursa və təhsil xərcləri varsa, təhsil haqqı proqram tərəfindən veriləcək”

Təhsil Nazirliyinin sektor müdiri Müzdət Həsənov isə bildirib ki, pandemiyanın şəraitinə uyğun olaraq bu məsələyə fərdi şəkildə baxılacaq. “Əgər dərslər onlayn olacaqsa və tələbə həmin şəhərdə olmayacaqsa, o zaman yaşayış xərcinin ödənilməsi nəzərdə tutulmur”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Xərc  





Xəbər lenti