İrəvanda bomba həyəcanı - Ticarət mərkəzi boşaldıldı

  İrəvanda bomba həyəcanı  - Ticarət mərkəzi boşaldıldı
  01 İyul 2020    Oxunub:3253
Ermənistanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları İrəvandakı "Yerevan Mall" ticarət mərkəzinə bomba qoyulması ilə bağlı araşdırma aparır.
Azvision.az xəbər verir ki, FHN-ə mərkəzə partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub.

Hadisə yerinə yanğınsöndürmə və xilasetmə heyəti, mühəndis-saper dəstəsi, həmçinin Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində idarəetmə Milli Mərkəzinin əməliyyat qrupu gəlib.

Ticarət mərkəzinin işçiləri və orada olan sakinlər təxliyə olunub. Axtarış işləri davam edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti