ASAN könüllüləri aztəminatlı ailələrə ərzaq paylayıb

ASAN könüllüləri aztəminatlı ailələrə ərzaq paylayıb
  24 İyun 2020    Oxunub:2515
“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondu ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan mübarizəyə dəstəyi davam etdirir.
Azvision.az -ın məlumatına görə, “Coca-Cola” Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan “Birlikdəyik” sosial yardım layihəsi çərçivəsində ASAN könüllüləri və “Coca-Cola” əməkdaşları tərəfindən aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb. Cari ilin sentyabr ayınadək davam edəcək layihə 4000-dən artıq ailə üçün yardımı əhatə edir.

Sosial aksiyaya 4 saylı Bakı “ASAN xidmət” mərkəzində keçirilən tədbirlə start verilib. Tədbirdən sonra könüllülər ərzaq yardımlarını ünvanlara çatdırmaq üçün yola düşüblər. Ərzaq yardımı müraciətlər əsasında tərtib olunan siyahılar üzrə Bakı və bölgələrdə yaşayan ailələrə çatdırılacaq.



Müxtəlif sosial və ekoloji layihələr çərçivəsində əməkdaşlıq edən ASAN könüllüləri və “Coca-Cola”nın birgə fəaliyyəti nəticəsində “Birlikdəyik” layihəsi çərçivəsində karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatlar təqdim ediləcək və aztəminatlı ailələr ərzaq və şəxsi gigiyena ləvazimatları ilə təmin ediləcək.

Bundan başqa, layihədə COVİD-19 virusunun yayılmasının qarşısını almağa kömək məqsədilə əhali arasında müxtəlif sosial şəbəkələr vasitəsilə maarifləndirmə işi aparılacaq.

Azvision.az


Teqlər: ASAN-Könüllüləri  





Xəbər lenti