İmtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!

İmtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!
  24 İyun 2020    Oxunub:3076
Dövlət İmtahan Mərkəzi (DİM) koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə “YouTube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirir.
DİM-dən Azvision.az -a bildirilib ki, portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, russkiy yazık, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 111 videomühazirə yerləşdirilib. Videomühazirələrin yerləşdirilməsi davam etdiriləcək.

Mühazirələr qəbul proqramlarını tam əhatə etməklə, təqdim olunmuş nəzəri materialların tətbiqinə dair test tapşırıqları ilə də təchiz edilib. Videomühazirələrə DİM-in saytından baxmaq olar.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti