Naxçıvanda test imtahanı keçirildi

Naxçıvanda test imtahanı keçirildi
  22 İyun 2020    Oxunub:3026
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən ədliyyə orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanı keçirilib.
Komissiyanın mətbuat xidmətindən Azvision.az -a verilən məlumaat görə, müsabiqəyə yerli icra və probasiya qurumlarında 8 yer, Ordubad Rayon Dövlət Notariat Ofisində 1 yer və Sədərək Rayon Dövlət Notariat Ofisində 1 yer olmaqla, ümumilikdə 10 vəzifə çıxarılıb.

Müsabiqədə 10 vakant vəzifənin tutulması üçün sənəd təqdim etmiş 18 namizəddən 10-nu test imtahanında iştirak edib, namizədlərdən 5-i müvafiq keçid balını toplayıb.

İmtahanda namizədlərə ixtisas üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün 3 saat vaxt verilib.

İmtahanda iştirak etmiş namizədlər tibbi maskadan istifadə edib, sosial məsafəni qoruyub və digər sanitar-gigiyenik qaydalara riayət ediblər.

Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıblar.

Azvision.az


Teqlər: Naxçıvan   İmtahan  





Xəbər lenti