Həmsədrlər ATƏT sədrilə görüşüblər

Həmsədrlər ATƏT sədrilə görüşüblər
  15 Yanvar 2014    Oxunub:928
Görüş zamanı ATƏT-in fəaliyyətdə olan sədri və Minsk qrupunun həmsədrləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
ATƏT-in Minsk qrupunun həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

AzVision.az ATƏT-in saytına istinadən məlumat verir ki, qurumun fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter Berndə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

Görüş zamanı ATƏT-in fəaliyyətdə olan sədri və Minsk qrupunun həmsədrləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib. D.Burkhalter onların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik səylərindən məmnun qaldığını ifadə edib.

Həmsədrlər və A.Kaspşik İsveçrənin Federal Xarici İşlər Departamentinin dövlət katibi İv Rosye ilə görüşüblər.

Səbinə


Teqlər:  





Xəbər lenti