Bir həftədən sonra Naxçıvanda imtahanlar keçiriləcək

Bir həftədən sonra Naxçıvanda imtahanlar keçiriləcək
  20 İyun 2020    Oxunub:3989
Bir həftədən sonra Naxçıvanda mütləq imtahan keçiriləcək.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, heyətin Naxçıvana göndərilməsi üçün xüsusi təyyarə sifariş edilib:

"Məsələ həll olunan kimi orada imtahan keçirəcəyik. Xüsusi karantin rejimi tətbiq olunmayan digər rayonlarda da imtahan keçirməyi nəzərdə tutmuşuq. Vəziyyət hər gün dəyişir, ola bilsin ki, hansısa başqa rayonda da sərt karantin rejimi tətbiq olunsun. Biz qərarları qəbul edəndə mütləq Operativ Qərargahdan icazə alırıq”.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti