DİM-də vətəndaş qəbulu dayandırılır

DİM-də vətəndaş qəbulu dayandırılır
  20 İyun 2020    Oxunub:4402
Nazirlər Kabinetinin bəzi şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejiminin tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına uyğun olaraq iyunun 22-dən etibarən DİM-in Bakı, Gəncə və Lənkəranda yerləşən inzibati binalarında vətəndaşların qəbulu dayandırılır.
DİM-dən Azvision.az -a bildirilib ki, digər şəhər və rayonlarda yerləşən inzibati binalarında vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə qeyri-iş və imtahan günləri istisna olmaqla saat 09:30-dan 17:00-dək həyata keçirilir.

Bundan əlavə, vətəndaşların müraciətləri 1653 “Çağrı Mərkəzi” vasitəsilə cavablandırılır. Vətəndaşlar Mərkəzin [email protected] elektron poçt ünvanına da müraciətlərini yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə bilərlər.

Azvision.az


Teqlər: DİM   Qəbul  





Xəbər lenti