Tokio əhalisinin sayı 14 milyona çatdı

Tokio əhalisinin sayı 14 milyona çatdı
  20 İyun 2020    Oxunub:2570
Yaponiyanın paytaxtı Tokioda əhalinin sayı 14 milyon nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə “NHK” kanalı məlumat yayıb.

Mayın 1-nə olan vəziyyətə əsasən, Tokioda 6,88 milyon kişi, 7,12 milyon qadın yaşayır.

Əhali sayının artması təkcə prefekturalardan təhsil almaq və işləmək üçün paytaxta köçən insanların axını ilə deyil, həm də Tokio sakinlərinin ölkədə koronavirusun yayılması səbəbiylə yaşayış yerlərini dəyişdirmək istəməmələri ilə əlaqələndirilir.

Qeyd edək ki, 1962-ci ildə Tokio əhalisinin sayı 10 milyon nəfər olub.

Azvision.az


Teqlər: Tokio   Əhali  





Xəbər lenti