İmtahanlar ləğv olundu

   İmtahanlar ləğv olundu
  19 İyun 2020    Oxunub:4478
Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək imtahanlar keçirilməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin qərarında bildirilib.

Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, sərt karantin günlərində təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla) dayandırılacaq.

Belə ki, ərt karantin günlərində Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərləri və Abşeron rayonunun ərazisində imtahanlar keçirilməyəcək.

Azvision.az


Teqlər: İmtahan  





Xəbər lenti