Leyla Yunusun xəbəri yalan çıxdı

Leyla Yunusun xəbəri yalan çıxdı
  14 Yanvar 2014    Oxunub:1192
Hüquq müdafiəçisi Leyla Yunusun bir gözünün çıxarılması ilə bağlı saytlarda məlumat verilib.
Bildirilib ki, Sülh və Demokratiya İnstitutundan verilən məlumata görə, yanvarın 12-də hüquq müdafiəçisi Leyla Yunus İstanbulda yerləşən Alman Xəstəxanasında cərrahiyyə əməliyyatı olunub. Uzun müddətdir ki, müalicə olunan Leyla Yunusun əməliyyatı normal keçsə də, onun sol göz bəbəyi amputasiya edilib və protez göz birləşdirilib.

AzVision.az-ın məlumatına görə, bu xəbərə hüquq müdafəçisi Mirvari Qəhrəmanlı sərt etiraz edərək, bu xəbəri təkzib edib:

“Bir şərəfsiz Aynur Şəfiyeva adı ilə Leyla Yunus haqqında növbəti yalan yayıb. Guya Leylanın gözü ambutasiya olunub. Ayıb olsun, onun yazan qələt edir! Leyla yanvarın 4-dək Bakıda olub. Yanvarın 4-ü gedib, səhv eləmirəmsə bu gün qayıtmalıdır. İki gün əvvəl danışmışam onunla. Kim ona bu xəstəliyi yalandan yazıbsa, doğurdan onun öz başına gəlsin. Amin!”

AzVision.az


Teqlər:  





Xəbər lenti