Naxçıvanda 3093 vergiödəyicisinə maliyyə dəstəyi göstərilib

Naxçıvanda 3093 vergiödəyicisinə maliyyə dəstəyi göstərilib
  09 İyun 2020    Oxunub:2197
Sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində daha 1110 vergiödəyicisinə 362 min 60 manat məbləğində vəsait həmin sahibkarların bank hesablarına köçürülüb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd olunub ki, ümumilikdə isə bu günə kimi 3093 vergiödəyicisinə maliyyə dəstəyi göstərilib.

Maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (vergi.nakhchivan.az) elektron kabinetlərinə göndəriləcəkdir. Yaranan suallarla bağlı vergiödəyiciləri Dövlət Vergi Xidmətinin uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər.

Maliyyə dəstəyi almış vergiödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı vergi.nakhchivan.az internet səhifəsində yerləşdirilir.

Azvision.az


Teqlər: Naxçıvan   Vergi  





Xəbər lenti