Corc Floydu öldürən polisi 40 ilə yaxın həbs gözləyir

 Corc Floydu öldürən polisi 40 ilə yaxın həbs gözləyir
  08 İyun 2020    Oxunub:3116
ABŞ-da afroamerikalı Corc Floydun qətlində ittiham olunan polis əməkdaşı Derek Çaveni 40 ilə yaxın həbs gözləyir.
Azvision.az xəbər verir ki, Çaven bu gün məhkəmə qarşısına çıxarılacaq.

Ona qarşı ikinci dərəcəli qətl, yəni əvvəlcədən nəzərdə tutulmayan, qəsdən cinayət törətmək maddəsi üzrə ittiham irəli sürülüb. Bundan əvvəl ittiham daha yüngül olub.

Çaven Floydun nəfəs ala bilmədiyini söyləməsinə baxmayaraq, onu dizi ilə 8 dəqiqə sıxıb.

Daha üç polis isə qətlə təhriketmə və kömək etməkdə ittiham olunurlar. Onların hər birini 10 ilə qədər həbs cəzası gözləyir. Məhkəmə prosesi iyunun 29-da baş tutacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti