“Kapital Bank”da nağd pul krediti üzrə nağdlaşdırma komissiyası 0 faiz olub

“Kapital Bank”da nağd pul krediti üzrə nağdlaşdırma komissiyası 0 faiz olub
  03 İyun 2020    Oxunub:2713
Müştəri məmnuniyyətini hər zaman diqqət mərkəzində saxlayan “Kapital Bank” nağd pul krediti məhsulunun daha sərfəli və əlçatan olması üçün növbəti kampaniyaya start verib.
Belə ki , bank gündəlik tələbat krediti üzrə nağdlaşdırma komissiyasını 0 faiz endirib. Aksiya çərçivəsində nağd pul krediti üçün onlayn qaydada (www.birkart.az, www.kapitalbank.az, 8196-ya SMS, “BirBank” və s.) müraciət edən müştərilərdən nağdlaşdırma komissiyası tutulmayacaq. Aksiya iyunun 30-dək davam edəcək.

Qeyd edək ki, son iş yerində stajı minimum 3 ay olan, rəsmi gəliri olanlar “Kapital Bank”dan 300–20 min manat aralığında olan “Gündəlik tələbat krediti”ni 3 aydan 48 ayadək əldə edə bilər. Nağd pul kreditinin illik faiz dərəcəsi 19 faizdən başlayır. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 101 filialı və 15 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azvision.az



Teqlər: Kapital-Bank  





Xəbər lenti