Mərkəzi Bank: “Yayılan məlumat həqiqəti əks etdirmir”
"Lakin, koronavirus (COVİD-19) pandemiyasının işin təşkili ilə bağlı yaratdığı çətinliklərlə əlaqədar olaraq “Rabitə Bank” ASC və “Access Bank” QSC tərəfindən Mərkəzi Banka müraciət olunaraq, kənar audit hesabatının açıqlanması ilə bağlı möhlət istənilib və müvafiq hesabatların iyun ayı ərzində dərc olunacağı bildirilib. Buna baxmayaraq, mətbuat konfransında səsləndirilmiş bu məlumat təhrif olunaraq adı çəkilən bankların kapital problemlərinin olması formasında yayımlanıb. Qeyd olunan məlumat həqiqəti əks etdirmir".
Azvision.az
Teqlər: Mərkəzi-Bank