Koronavirusa yoluxanların sayı 6,2 milyonu keçdi

  31 May 2020    Oxunub : 3226
Koronavirusa yoluxanların sayı 6,2 milyonu keçdi
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 6 milyon 206 min 37 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 371 min 916 nəfərdir. İndiyədək 2 milyon 766 min 672 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.

Azvision.az

Teqlər: Koronavirus   Pandemiya   Virus