“Freedoom House, SOROS və digərləri hanı?” - Siyavuş Novruzov

  31 May 2020    Oxunub : 2800
 “Freedoom House, SOROS və digərləri hanı?” -    Siyavuş Novruzov
“Uzun illər ABŞ-ın digər ölkələrə səpdiyi toxumlar indi özünə qayıdır”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Vaxtilə xaricdə Azərbaycan əleyhinə kampaniya aparanlarla bağlı iş qaldırıldığını deyən deputat bildirib ki, Azərbaycanda silahlı üsyana çağırış edənlər, terrozimə dəstək verənlər, dövlət və hökumət nümayəndələrinə qarşı sui-qəsd təşkil edməsini tərifləyənlər, ona rəvac verənlər, o cür insanları qəhrəman hesab edənlər terrorizmin dini ekstremizmin birbaşa çağırışı ilə bağlı idi. Bu, bütün beynəlxalq normalarında cinayət hesab olunur:

“Çox təəssüf ki, Azərbaycan bu məsələləri gündəmə gətirəndə, başladılar ki, Azərbaycanda söz, mətbuat azadlığı yoxdur, insanların hüquqları pozulur. 20 ildən çoxdur ki, Ümummilli lider Heydər ƏliyevPrezident İlham Əliyev hər zaman ərazi bütövlüyünün önəmi ilə bağlı məsələ qaldırıblar. Lakin İspaniyada hadisələr baş verənə qədər heç kim ərazi bütövlüyü məsələsinə reaksiya vermirdi. Ondan sonra yadda düşdü ki, ərazi bütövlüyü əsas şərtdir. Biz 3 il bundan qabaq məsələ qaldıranda ki, internetdən anonim şəkildə istifadə öz həllini tapmalıdır. Şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməklə istənilən məsələ haqqında fikir və tənqidlərini söyləmək mümkündür. O zaman internetin sıxışdılması ilə bağlı fikirlər irəli sürməyə başladılar. Freedoom House, SOROS və digərləri hanı? Trampa qarşı niyə söz deyə bilmirlər. ABŞ çörəyi yeyən Cəmil Həsənli, Arif Yunus, Sevinc Osmanqızı haradadır? Əgər Azərbaycanda internetlə bağlı hər hansı məsələ olsa idi, indi səsləri Avropa Şurasından gəlirdi”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis