Azərbaycanda Türkiyə vətəndaşlarından 90 gün viza tələb olunmayacaq

  31 May 2020    Oxunub : 3519
 Azərbaycanda Türkiyə vətəndaşlarından 90 gün viza tələb olunmayacaq
Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza tələbi 90 günə qaldırılıb.
Azvision.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişdə qeyd olunub.

Dəyişikliklə Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilib.

Hazırkı qanunvericilikdə bu müddət 30 gündür.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında sənəd səsə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Türkiyə   Viza