Çinli tələbələr ABŞ-a buraxılmayacaq

  30 May 2020    Oxunub : 3231
 Çinli tələbələr ABŞ-a buraxılmayacaq
Çindən olan bir çox tələbənin ABŞ-a girişi qadağan edilib.
Azvision.az xəbər verir ki, bu barədə Ağ Ev rəsmi bəyanat yayıb.

Adı "qara siyahı"ya salınan çinli tələbələr ABŞ-ın yüksək texnologiyalar sahəsində intellektual mülkiyyətini oğurlamaqda ittiham edilib.

Qadağa iyunun 1-dən qüvvəyə minəcək. Ümumilikdə 3,5 minə yaxın çinli tələbə ABŞ-da buraxılmayacaq.

Azvision.az

Teqlər: ABŞ   Çin   Tələbə