Televiziya işçiləri partlayış zamanı öldülər

  30 May 2020    Oxunub : 2389
Televiziya işçiləri partlayış zamanı öldülər
Əfqanıstanda televiziya işçiləri Kabildə baş vermiş partlayış nəticəsində həlak olublar.
Azvision.az xəbər verir ki, bu barədə "1TV" telekanalı məlumat yayıb.

Bildirilib ki, dünyasını dəyişən iki nəfər "Xurşid TV"nin əməkdaşıdır. Hadisə zamanı bir neçə nəfər isə yaralanıb.

Partlayışın kimlər tərəfindən törədilməsi məlum deyil.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Əfqanıstan   partlayış