Koçaryan pandemiya bitənədək xəstəxanada qalacaq

  29 May 2020    Oxunub : 2206
Koçaryan pandemiya bitənədək xəstəxanada qalacaq
Ermənistanın ikinci prezidenti Robert Koçaryan koronavirus pandemiyasının sonuna qədər tibb mərkəzində qalacaq.
Azvision.az xəbər verir ki, bu barədə Koçaryanın vəkilləri məlumat yayıb.

Qeyd edilib ki, inzibati məhkəmə sabiq prezidentin vəkili Aram Orbelyanın iddiasını təmin edib. Buna görə də Koçaryan koronavirus pandemiyası başa çatana qədər xəstəxanada qalacaq.

Xatırladaq ki, tibbi məlumatlar təqdim edildiyi üçün məhkəmə iclası qapalı keçirilib.

Bir müddət əvvəl Koçaryan əməliyyat olunub, rəsmi olaraq açıqlanmasa da, onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Koçaryan