Sabah küçəyə çıxmayın! - Bakı sakinlərinə xəbərdarlıq

  29 May 2020    Oxunub : 3349
    Sabah küçəyə çıxmayın!    - Bakı sakinlərinə xəbərdarlıq
Mayın 30-u səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Azvision.az xəbər verir ki, bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib.

Maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunub.

Azvision.az

Teqlər: Bakı   Küçə   Dezinfeksiya