MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək

   MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək
  27 May 2020    Oxunub:3502
Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçiriləcək.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, iclas mayın 29-na planlaşdırılıb.
İclasda hökumət başçıları MDB çərçivəsində iqtisadi sahədə qarşılıqlı fəaliyyətin aktual məsələlərini, həmçinin koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə birgə səyləri müzakirə edəcəklər.

Yekunda bir sıra sənədlərin qəbulu nəzərdə tutulub.

Azvision.az


Teqlər: MDB   İclas  





Xəbər lenti