Malayziya Kralından Prezidentə təbrik

Malayziya Kralından Prezidentə təbrik
  25 May 2020    Oxunub:2973
Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Sultan Hacı Əhməd Şah əl-Mustain Billah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına öz adımdan və Kraliça adından ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram.

Məmnuniyyətlə qeyd edirəm ki, Malayziya ilə Azərbaycanın hər zaman yaxın və səmimi münasibətləri olub. Malayziya Azərbaycan Respublikasını Qafqaz regionunda vacib tərəfdaş kimi qəbul edir. Qarşılıqlı faydalı əməkdaşlığı və tərəfdaşlığı gücləndirmək üçün Malayziyanın Azərbaycanla sıx işləməyə hazır olduğunu bildirməkdən şərəf duyuram.

Uca Allahdan xalqlarımıza COVID-19 pandemiyasının və sonrakı çətinliklərin öhdəsindən gəlmək üçün qüvvə və dözüm verməsini diləyirik. Allah-Təala Zati-alinizin dinamik rəhbərliyi ilə Azərbaycan Respublikasına və onun xalqına sülh, firavanlıq bəxş etsin.

Fürsətdən istifadə edərək Sizə bir daha hörmət və ehtiramımı bəyan edirəm".

Azvision.az


Teqlər: Malayziya   Məktub  





Xəbər lenti