Ölkədə koronavirusdan sağalanların sayı 2500-ü keçdi

  23 May 2020    Oxunub : 2830
 Ölkədə koronavirusdan sağalanların sayı 2500-ü keçdi
Azərbaycanda indiyədək 3982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, onlardan 2506 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1427 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az

Teqlər: Koronavirus   Qərargah