Məmmədyarov ukraynalı həmkarı ilə telefonla danışdı

Məmmədyarov ukraynalı həmkarı ilə telefonla danışdı
  22 May 2020    Oxunub:2540
Bu ilin 22 may tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Ukraynalı həmkarı Dmitro Kuleba ilə telefon söhbəti baş tutub.
XİN-dən Azvision.az -a verilən məlumata görə, nazirlər mövcud qlobal pandemiya ilə bağlı vəziyyətə toxunaraq, sağlamlıq böhranı ilə mübarizədə dövlətlər tərəfindən görülən tədbirlərə dair fikir mübadiləsi apardılar. Mövcud vəziyyətdə qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyətini vurğuladılar.

Nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edərək, ölkələr arasında xüsusilə iqtisadi və enerji sahəsində əlaqələrin inkişafını, eləcə də tərəflərin milli maraqlarına uyğun olaraq, nəqliyyat, tranzit və logistika sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğuladılar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi apardılar.

Azvision.az


Teqlər: XİN   Nazir  





Xəbər lenti