Koronavirusdan vəfat edənlərin yaş göstəriciləri

  22 May 2020    Oxunub : 2132
   Koronavirusdan vəfat edənlərin yaş göstəriciləri
Bu günə qədər vəfat edənlər arasında 50-59 yaş arası 13 nəfər, 60-69 yaş arasında 15, 70-79 yaş arası 11, 80 yaşdan çox 5 nəfər olub.
Azvision.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, aşağı yaş qrupunda vəfat edənlərin yanaşı gedən xəstəlikləri olub.

"Günlər üzrə ümumi testlərdə müsbət nəticələrin sayı 1,5 faiz həcmində müşahidə olunur. Bir sıra bölgələrdə pandemiyanın intensivliyi hələ də qalır".

Azvision.az

Teqlər: