"İçərişəhər"də optik şəbəkəyə keçid sürətləndirilib
Eyni zamanda, paytaxtın Nizami, Rostropoviç, Süleyman Tağızadə, Zərgərpalan, Bünyad Sərdarov və Abdulla Şaiq küçələrində köhnə rabitə infrastrukturunun yenilənməsi və optik şəbəkəyə keçid prosesi davam etdirilir.
Hazırda görülən işlərin nəticəsi olaraq “AzEuroTel” tərəfindən 5 mindən artıq mənzil optik şəbəkəyə keçirilib.
100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malik “Evədək optika” xidməti “Baktelecom”un abunəçilərinə ödənişsiz təqdim etdiyi modemlər üzərindən göstərilir.
Məlumat üçün bildirək ki, “Baktelecom” “Evədək optika” layihəsini GPON (Gigabit Passive Optical Network) texnologiyası əsasında tətbiq edir. Bu texnologiya istifadəçilərə bir optik xətt üzərindən telefon, internet və televiziya xidmətlərindən istifadə imkanı verir.
Azvision.az
Teqlər: İçərişəhər İnternet