Ölkədə dizel yanacağı və benzin istehsalı artıb

Ölkədə dizel yanacağı və benzin istehsalı artıb
  22 May 2020    Oxunub:3903
Yanvar-aprel aylarında Azərbaycanda 732,6 min ton dizel yanacağı, 406,1 min ton avtomobil benzini, 101,6 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 186,5 min ton ağ neft, 29,2 min ton yanacaq mazutu, 8,7 min ton sürtkü yağları, 79,3 min ton neft bitumu və 76,9 min ton neft koksu istehsal olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, 4 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 41,7 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 5,1 faiz artıb.

Neft bitumunun istehsalı 61,2 faiz, sürtkü yağlarının istehsalı 61,1 faiz, yanacaq mazutunun istehsalı 13,6 faiz, dizel yanacağının istehsalı 7,4 faiz, avtomobil benzininin istehsalı 2,1 faiz artıb. Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 2,5 faiz, ağ neftin istehsalı 5,1 faiz, neft koksunun istehsalı isə 6 faiz azalıb.

Azvision.az


Teqlər: Dizel   Yanacaq   Benzin  





Xəbər lenti