Vergi ödəyicilərinə 128 milyondan çox maliyyə dəstəyi göstərilib

Vergi ödəyicilərinə 128 milyondan çox maliyyə dəstəyi göstərilib
  21 May 2020    Oxunub:3183
Azərbaycan İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 27 727 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 109 911 fərdi (mikro) sahibkar, cəmi 137 638 vergi ödəyicisi müraciət edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 255 870 işçini əhatə edən 27 727 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.

İndiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 94,18 mln. manat, o cümlədən o cümlədən, 2-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 47,09 mln. manat təşkil edir. Mayın 20-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 22 913 vergi ödəyicisinə 200 394 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 71,60 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 109 911 vergi ödəyicisindən müraciət daxil olub, 102 642 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 59,23 mln. manat təşkil edir. Mayın 20-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 56,85 mln. manat vəsaitin 97 379 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Göründüyü kimi, mayın 20-nə pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 128 455,5 min manat məbləğində maliyyə dəstəyi göstərilib.

Azvision.az



Teqlər: Vergi   Maliyyə  





Xəbər lenti