İsveçdə 20 Yanvar faciəsi ilə əlaqədar tədbirlər keçiriləcək

İsveçdə 20 Yanvar faciəsi ilə əlaqədar tədbirlər keçiriləcək
  10 Yanvar 2014    Oxunub:1538
İsveçin Azərbaycanlılar Konqresi 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirəcək.
İsveçin Azərbaycanlılar Konqresi (İAK) yanvarın 16, 17 və 20-də İsveç Krallığının hökumət və parlament nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırıb.

AzVision.az xəbər verir ki, İAK-dan bildiriblər ki, görüşlərdə Azərbaycan tarixinin bu qara səhifəsinə həsr olunan materiallar, kitablar və sənədlər təqdim ediləcək. Materiallarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələr əks olunub. SSRİ-nin həmin dövrdəki rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik qoşun yeridilib. Aksiyanın məqsədi sovet rəhbərliyinin Azərbaycanda kommunist rejimini xilas etmək cəhdi və milli-azadlıq hərəkatını boğmaq idi.

Bu vəhşi əməliyyat SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən hazırlanaraq həyata keçirilib.
Əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” qrupu və SSRİ Milli Təhlükəsizlik Nazirliyinin diversiya qrupu oynayıb.

Qeyd edildi ki, bu cür dəhşətli faciəni yaşamalı olduğumuza və erməni təcavüzü ilə üzləşməyimizə baxmayaraq, Azərbaycan xalqı heç vaxt düşmən qarşısında baş əyməyəcək və heysiyyətinin tapdanmasına yol verməyəcək. Biz bu qanlı hadisələrin arxasında dayananlara nifrətimizi bildiririk.


Teqlər:  





Xəbər lenti