Ramazanın 25-ci günü: dua, imsak və iftar vaxtı

  18 May 2020    Oxunub : 3543
Ramazanın 25-ci günü: dua, imsak və iftar vaxtı
Sabah Ramazan ayının 25-ci günüdür.
Azvision.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 19-da Bakıda imsak saat 03:33, iftar isə saat 20:09-dadır.

Ramazan ayının 25-ci gününün duası:

"Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin".

Tərcüməsi:

"İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!"

Allah orucunuzu qəbul etsin!

Azvision.az

Teqlər: Ramazan   İmsak   İftar   Orucluq