Vergi ödəyicilərinə 98 milyon manatdan çox yardım edilib
İndiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 92,25 mln. manat, o cümlədən o cümlədən, 2-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 46,12 mln. manat təşkil edir. Mayın 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 22 308 vergi ödəyicisinə 195 307 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 44,18 mln. manat vəsaitin köçürülməsi təmin edilib.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 104 093 vergi ödəyicisindən müraciət daxil olub, 96 196 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 56,78 mln. manat təşkil edir. Mayın 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 54,39 mln. manat vəsaitin 91 355 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.
Azvision.az
Teqlər: