Dörd ayda dəmir yolu ilə 2 milyon ton yük daşınıb

Dörd ayda dəmir yolu ilə 2 milyon ton yük daşınıb
  14 May 2020    Oxunub:3329
Cari ilin yanvar-aprel aylarında dəmir yolu nəqliyyatı ilə 2 milyon 78 min 442 ton yük daşınıb ki, bu yüklərin dəyəri 793,3 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, 4 ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 654 min ton yükün dəyəri 141,9 milyon dollar təşkil edib.

Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 1 milyon 424,3 min ton, dəyəri isə 651 milyon dollar olub.

Azvision.az



Teqlər: Dəmir-yolu  





Xəbər lenti