Bakıda evlərin qiyməti bahalaşıb
Onun sözlərinə görə, artım əsasən struktur dəyişikliyi hesabına olub: “Təklif edilən bahalı mənzillərin sayı çoxalıb, ucuz mənzillərin sayı isə azalıb. Pandemiya ilə əlaqədar ucuz qiymətə mənzil təklif edənlər onu satmağa ehtiyat edirlər və satmırlar. Bahalı mənzillər isə təklifdə qalır. Bunlar hamısı son nəticədə bahalaşmaya gətirib çıxarır”.
N.İbrahimov bildirib ki, ilkin mənzil bazarında da mənzillərin qiymətində 8.58 faiz artım baş verib.
Aytən Zəhra
Azvision.az