Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
  11 May 2020    Oxunub:3822
Qazaxda narkotik satan və alan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb regional şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon Birinci Şıxlı kəndi ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində 42 yaşlı Rizvan Akhmedov, 45 yaşlı Arif Şəmilov və 39 yaşlı Elvin Xasməmmədov saxlanılaraq üzərlərinə baxış keçirilən zaman Rizvan Akhmedova məxsus sellofan torbadan çəkisi 1 kiloqram 5 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə - “heroin” aşkar olunub. Aparılan araşdırmalarla müəyyən olunub ki, R.Akhmedov E.Xasməmmədova məxsus avtomobillə narkotik vasitəni A.Şəmilova satmaq üçün gətirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: Qazax   Narkotik  





Xəbər lenti