Fərdi sahibkarların sayı 927,8 mini keçib
Fərdi sahibkarların 78,3 faizini kişilər, 21,7 faizini isə qadınlar təşkil edib. Qadınlar “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 26 faizini, “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət sahəsində 29,5 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,8 faizini təşkil edir. Sahibkar qadınların 33,1 faizi Bakıda, 17 faizi Aran, 15,7 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.
Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23,5 faiz), Gəncə-Qazax (25,4 faiz) və Lənkəran (22,3 faiz) iqtisadi rayonlarında, Naxçıvan Muxtar Respublikasında (21,7 faiz) qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.
Azvision.az