Ukraynada 2251 tibb işçisi koronavirusa yoluxub

Ukraynada 2251 tibb işçisi koronavirusa yoluxub
  06 May 2020    Oxunub:2373
Ukraynada son 24 saat ərzində 487 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Maksim Stepanov məlumat verib.

Onun sözlərinə görə, virusa yoluxanların ümumi sayı 13 min 184 nəfərdir. Onlardan 505-i uşaq, 2251 nəfər isə tibb işçisidir. Koronavirus qurbanlarının sayı son sutkada 11 nəfər artaraq 327-yə çatıb. Bu günədək 2097 xəstə sağalaraq evə buraxılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   virus  





Xəbər lenti