Fransada COVİD-19-dan ölənlərin sayı 25 mini keçdi

Fransada COVİD-19-dan ölənlərin sayı 25 mini keçdi
  05 May 2020    Oxunub:3296
Fransada son sutka ərzində 306 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fransada pandemiya qurbanlarının sayı artaraq 25 min 210 nəfərə çatıb. İndiyədək xəstəxanalarda 15 min 826, qocalar evində isə 9375 ölüm faktı qeydə alınıb. Hazırda xəstəxanalarda 25,5 min nəfər müalicə olunur.

Azvision.az


Teqlər: Fransa   Koronavirus  





Xəbər lenti