Almaniyaya giriş-çıxış qadağasının vaxtı uzadıldı

Almaniyaya giriş-çıxış qadağasının vaxtı uzadıldı
  04 May 2020    Oxunub:3484
Koronavirusla bağlı vəziyyətə görə Almaniyanın sərhədlərində nəzarət rejimi mayın 15-dək uzadılıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Stiv Alter deyib.

"Sərhəd nəzarəti mayın 15-dək uzadılacaq. Bu gün Avropa Komissiyasına məktub göndəriləcək" .

Qeyd edək ki, mart ayının ortalarında Şengen ölkələri AB-nə üçüncü ölkələrin vətəndaşlarının 30 gün müddətinə vacib olmayan səfərlərinin qadağan olunması, həmçinin koronavirusun yayılması fonunda Avropa məkanında məhdud hərəkətlərə dair razılığa gəliblər. Daha sonra sərhədlərin bağlı qalması mayın 15-dək uzadılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti