“Yüksəliş” müsabiqəsinin videomüsahibə turu yekunlaşıb

“Yüksəliş” müsabiqəsinin videomüsahibə turu yekunlaşıb
  04 May 2020    Oxunub:1850
“Yüksəliş” müsabiqəsinin 10 aprel-1may tarixlərini əhatə edən videomüsahibə turu başa çatıb. Əyani mərhələyə buraxılan 976 namizəddən 939 iştirakçı bu tura qatılıb.
Azvision.az -ın məlumatına görə, videomüsahibə mərhələsinin qaydalarına əsasən, namizədlər təklif olunan 5 sualdan 3-nü seçərək cavablandırıb. Göstərilmiş tələblərə uyğun videoları yükləyən bütün iştirakçılar növbəti mərhələyə dəvət ediləcəklər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Azvision.az



Teqlər: Yüksəliş  





Xəbər lenti