Rayonlarda kafe və çayxanalar fəaliyyətə başlayır

Rayonlarda kafe və çayxanalar fəaliyyətə başlayır
  04 May 2020    Oxunub:3925
Bu gündən Azərbaycanın bir çox şəhər və rayonlarında restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətə icazə verilir.
Azvision.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərar qəbul edib.

Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunub. İctimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə isə qadağandır.

Azvision.az


Teqlər: Kafe   Restoran   Çayxana  





Xəbər lenti