Fransada COVİD-19-dan ölənlərin sayı 25 minə çatır

Fransada COVİD-19-dan ölənlərin sayı 25 minə çatır
  04 May 2020    Oxunub:3282
Fransada son sutka ərzində 135 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fransada pandemiya qurbanlarının sayı artaraq 24 min 895 nəfərə çatıb. İndiyədək xəstəxanalarda 15 min 583, tibbi-sosial müəssisələrdə isə 9312 ölüm faktı qeydə alınıb.

Azvision.az


Teqlər: Fransa   Koronavirus  





Xəbər lenti